Əsas məzmuna keç

Ən qaranlıq anda belə, içindəki işığı tapmaq zamanıdır — çünki o qaranlıq, işığını daha da parıldadacaq. Əgər problem həll oluna bilərsə, bu barədə narahat olmağa dəyməz. Əgər problem həll oluna bilmirsə, ondan narahat olmağın mənası da yoxdur.

Əvvəlcə soruşulanlar.

Cavabı burada tapmasanız yazın — sual göndərmək üçün ödəniş lazım deyil.

Tez-tez verilən suallar

Başlamaq

Xidmət almaq üçün yox. Şərti ad, cins, təvəllüd və əlaqə kifayətdir. Sənəd, FİN və ünvan soruşulmur. Hesab yalnız Qapalı Üzvlər Klubu üçün açılır.

Standart Məktub — 1 ₼. Yazmaq üçün vaxtınız varsa və cavabı 48 saat gözləyə bilirsinizsə, ən sərfəli seçimdir.

Xeyr. Çat və görüntülü görüş WhatsApp üzərindən, telefon zəngi adi telefon xətti ilə gedir; nə səs yazılır, nə də yazışma bizim serverlərimizə düşür. Yalnız sifarişin özü saxlanılır: tarix, müddət və ödəniş.

Formatdan asılıdır. Təcili çatda növbətçi psixoloq dərhal bağlanır. Məktubda 6 və ya 48 saat — hansını seçdiyinizdən asılı olaraq.

Məxfilik

Məktubunuzu yalnız sizə cavab verən psixoloq oxuyur. Çat və görüntülü görüş isə WhatsApp üzərindən gedir: orada yazışma uçdan-uca şifrələnir və məzmunu bizim serverlərimizə düşmür.

Bəli. Məktub yazışmasını sessiya səhifəsindən, hesabınız varsa kabinetdən də istədiyiniz vaxt silirsiniz. Çat və zənglərin qeydi isə onsuz da tutulmur — silinəsi bir şey qalmır.

Xeyr. Ödəniş provayderi üzərindən keçir; kart nömrəsi bizim serverlərimizə düşmür.

Ödəniş

Xeyr. Paketlər birdəfəlik ödənilir və avtomatik yenilənmir. Paketin müddəti 1 aydır, Qapalı Üzvlər Klubunun üzvləri üçün — xidmətlər bitənə qədər. Birdəfəlik xidmətlərdə də heç bir təkrar ödəniş yoxdur: bir dəfə ödəyirsiniz, bitir.

Üzvlük 6 aylıqdır və öncədən ödənilir — 24 ₼ (ayda 4 ₼). Üzvlərə bütün xidmətlərə 30% endirim, hər ay hədiyyə Başlanğıc paketi, paketlərin bitənə qədər qüvvədə qalması və təcili sorğularda növbəsiz qəbul.

Dövlət və qeyri-hökumət xətlərinin siyahısını aşağıda pulsuz paylaşırıq. Onlar üçün heç bir ödəniş tələb olunmur.

Xidmətin hüdudları

Xeyr. Tipy.az ilkin psixoloji dəstəkdir — davamlı psixoterapiyanı və ya tibbi müalicəni əvəz etmir.

Xeyr. Nə diaqnoz qoyulur, nə resept yazılır. Lazım olduqda sizi uyğun mütəxəssisə yönləndiririk.

Bizi gözləməyin. Dərhal 103 (təcili tibbi yardım) və ya 112 (fövqəladə hallar) nömrəsinə zəng edin.

Pulsuz dəstək xətləri

Ödəniş imkanınız yoxdursa bu xətlər pulsuzdur və bizdən asılı deyil.

  • 103

    Təcili tibbi yardım

    Həyat təhlükəsi, özünə zərər riski, ağır vəziyyət.

  • 112

    Fövqəladə hallar

    Təhlükəsizlik təhdidi, zorakılıq, qəza.