Əsas məzmuna keç

Ən qaranlıq anda belə, içindəki işığı tapmaq zamanıdır — çünki o qaranlıq, işığını daha da parıldadacaq. Əgər problem həll oluna bilərsə, bu barədə narahat olmağa dəyməz. Əgər problem həll oluna bilmirsə, ondan narahat olmağın mənası da yoxdur.

Haqqımızda

Müasir dünyada həyatın sürətli axarı, gözlənilməz böhranlar, şəxsi və peşəkar münasibətlərdə yaranan gərginliklər hər birimizi zaman-zaman emosional tükənmə və ya dərin ziddiyyətlərlə qarşı-qarşıya qoyur. Belə anlarda ən çox ehtiyac duyulan şey — səsini etibarlı bir mühitdə duyurmaq, düzgün istiqamət almaq və ya anlaşılmazlıqları dinc yolla həll edə biləcək bir dialoq məkanı tapmaqdır.

Elşad Səfixanov kitab rəfinin önündə
Elşad Səfixanov Psixoloq, mediator · TİPY.AZ-ın yaradıcısı Elşad Səfixanov kimdir?
Növbətçi psixoloq onlayn Sənəd və FİN istəmirik Kart məlumatı saxlanılmır AZ · TR · RU

Akademik və Peşəkar Fəaliyyət

Elşad Səfixanov kimdir?

Elşad Səfixanov

Psixoloq, Mediator

Hal-hazırda:

  • 23 saylı Mediasiya Təşkilatı — Mediator.
  • N. Tusi adına klinika — Psixoloq.
  • Həmtəsisçi: "Caspian Tədris Mərkəzi" MMC.

Təhsil və İxtisaslaşma

  • Bakı şəhərində 270 saylı tam orta məktəbdə təhsil alıb. .
  • 2007-2011-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunda pedaqogika və psixologiya ixtisasını fərqlənmə ilə bitirmişdir.
  • 2009-cu il Naxçıvan Müəllimlər İnstitutunda AR Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planına uyğun olaraq "Mülki müdafiə üzrə tibbi biliklərin əsasları" proqramını (ilkin tibbi yardım üzrə hazırlıq) bitirərək "Sanitar təlimatçısı" ixtisas dərəcəsini almışdır.
  • 2012–2014-cü illərdə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində təhsil almışdır. Həmçinin Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Gənc Ədiblər Birliyinin müdavimidir. 3 bədii şeirlər kitabının müəllifidir.
  • 2015-ci il Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində AR Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində Həyati Bacarıqlara Əsaslanan istisasartırma təhsili
  • 2020–2022-ci illərdə V.M. Bexterev adına Psixo-Nevroloji Elmi-Tədqiqat Mərkəzində klinik psixologiya üzrə professional klinik psixoloq hazırlığı proqramını tamamlayaraq diplom əldə etmişdir.
  • 2023-cü il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıda Akademiyanın və Böyük Britaniyanın İdman və Məşq Elmləri Assosiasiyasının təşkilatçılığı ilə Müasir idman psixologiyasının fundamental əsasları kursunu müvəffəqiyyətlə bitirmişdir.
  • 2023-cü il — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən təşkil olunan; "Vətəndaş məmnuniyyətində ASAN modeli", "Effektiv ünsiyyət bacarıqları", "Stresin idarəolunması" təlimlərini və "Effektiv liderlik" master-klasını uğurla tamamlamışdır.
  • 2024-cü ildən Amerika Psixoloqlar Assosiasiyasının əsasnaməsinə və Assosiasiya Qaydalarına uyğun olaraq Beynəlxalq statuslu üzvüdür.
  • 2024–2026-cı illərdə Poland Development University-də klinik psixologiya üzrə magistr təhsili almış, təhsilini beynəlxalq standartlara uyğun məsafədən təhsil formatında həyata keçirmişdir. Bu müddət ərzində yüksək akademik nəticələri və aktiv elmi-praktik fəaliyyəti ilə fərqlənmiş, göstərdiyi nailiyyətlərə görə psixologiya sahəsində həmin universitet tərəfindən fəxri doktor adına layiq görülmüşdür.
  • 2024-2025-ci illərdə Mudanya Universitetində ailə və cütlük terapiyası və asılılıq üzrə ixtisasartırma proqramlarını tamamlamışdır.
  • 2025-ci ildə peşəkar inkişafını beynəlxalq səviyyədə davam etdirərək Brussels Capital University-də məhkəmə və kriminal psixologiya üzrə mütəxəssis hazırlığı və psixoloji ekspertiza üzrə ixtisaslaşma proqramlarını tamamlamışdır.
  • 2025-ci il: International Coach Federation (ICF)( Beynəlxalq Kouçinq Federasiyası) akkreditasiyalı CCE proqramı çərçivəsində Fatih Elibol tərəfindən təşkil olunan "Future Starts Today Let's Start" (Gələcək bu gündən başlayır, gəlin başlayaq)proqramını uğurla tamamlamışdır.
  • 2025-ci il — International Education Research Certification Center (IEEC) (Beynəlxalq Təhsil Tədqiqatları Sertifikatlaşdırma Mərkəzi) tərəfindən ISO 9001 beynəlxalq idarəetmə standartlarına uyğun təşkil edilən Human Resource Management (İnsan Resurslarının İdarə Edilməsi) üzrə peşəkar ixtisasartırma proqramını uğurla tamamlamış və beynəlxalq sertifikat əldə etmişdir.
  • 2025-ci ildə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında mediatorların ilkin hazırlıq, ailə və əmək münasibətləri üzrə mediator hazırlığı kurslarını uğurla bitirmiş, Mediasiya şurasının üzvüdür.
  • 2026-cı il sentabr-oktyabr aylarında Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında məhkəmə eksperti icbari təlimini uğurla başa çatdırmışdır.

Əmək Fəaliyyəti və Təcrübə

2012–2017
315 saylı tam orta məktəbdə praktik psixoloq.
2016
AR Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında imtahan nəzarətçisi.
2017–2020
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzində psixoloji xidmət üzrə metodist.
2020–2021
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzində psixoloji xidmət üzrə baş metodist.
2017–2024
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Psixoloji-Tibbi-Pedaqoji Komissiyasının sədri.
2021–2022
Bakı Şəhəri üzrə Təhsil İdarəsində məsləhətçi.
2022–2024
Bakı Şəhəri üzrə Təhsil İdarəsində baş məsləhətçi.
2025–2026
"Winmaster" MMC-də Daxili Nəzarət və İnsan Resurslarının Analitikası şöbəsinin müdiri.

Necə yarandı?

Təcrübə göstərir ki, psixoloji gərginlik və münaqişə anlarında operativ reaksiya vermək böhranın dərinləşməsinin qarşısını alan ən vacib amildir. Lakin ənənəvi formatlar hər zaman anında əlçatan olmur, bu da insanların daxili sualları və ya böhranları ilə tək qalmasına səbəb olur.

TİPY.az (Təcili İlkin Psixoloji Yardım) məhz bu böyük ehtiyacdan — peşəkar dəstəyi hər kəs üçün anında, maneəsiz və etibarlı etmək zərurətindən yarandı.

Biz psixologiyanın və mediasiyanın gücünü bir araya gətirərək iki əsas sütun üzərində fəaliyyət göstəririk:

  • İnsanın daxili dünyasına yönəlik

    Çətin anlarda təcili ilkin psixoloji dəstək göstərmək, şəxsin daxili tarazlığını bərpa etmək və onun gizli potensialını üzə çıxarmaq.

  • Münasibətlərə və ziddiyyətlərə yönəlik

    Mediasiya vasitəsilə tərəflər arasında dialoq körpüsü quraraq, anlaşılmazlıqları mübarizəyə çevirmədən konstruktiv və dinc yolla həll etmək.

TİPY.az — yalnız bir xidmət platforması deyil, insanın öz daxili gücünü kəşf etməsi və münasibətlərində sağlam balans yaratması üçün nəzərdə tutulmuş təhlükəsiz rəqəmsal sığınacaqdır.

Biz nə təqdim edirik?

  • Təcili və Çevik İlkin Psixoloji Dəstək

    Həyatın sürətli axarında yaranan ani stres, gərginlik və emosional böhranlar zamanı ehtiyacınıza uyğun olaraq mətn, audio və ya video formatda on-demand (tələb əsasında) operativ konsultasiya imkanları.

  • Mübahisələrin ilkin qiymətləndirilməsi, mediasiya prosesi ilə bağlı ümumi məlumatlandırma və konsultasiya

    Anlaşılmazlıqların, ailəvi, şəxsi və ya işgüzar münaqişələrin məhkəmədənkənar, qarşılıqlı razılıq və kompromis əsasında həlli üçün tərəfsiz dəstək. (Mediasiya — qarşıdurmaları mübarizəyə çevirmədən, hər iki tərəfin maraqlarını qoruyaraq dinc və konstruktiv həll yolu tapmağa imkan verən müasir prosesdir.)

  • Rəqəmsal Psixodiaqnostika

    Özünüzü daha dərindən anlamanız, daxili resurslarınızı kəşf etməniz və emosional vəziyyətinizi qiymətləndirməniz üçün xüsusi hazırlanmış rəqəmsal test modulları.

  • Qapalı İcma Məkanımız

    Məxfilik və qarşılıqlı dəstək prinsipləri üzərində qurulmuş, hər kəsin özünü sərbəst ifadə edə biləcəyi və inkişaf yolu keçəcəyi qapalı üzvlər icması.

Bizim Dəyərlərimiz

  • Konfidensiallıq və Etibar

    Sizinlə bizim aramızdakı hər bir müraciət mütləq məxfilik və peşəkar etik normalar çərçivəsində qorunur.

  • Tərəfsizlik və Peşəkarlıq

    Fəaliyyətimiz elmi psixoloji metodlara və mediasiyanın tərəfsiz, konstruktiv prinsiplərinə söykənir.

  • Fərdi Yanaşma

    Biz hazır şablonlarla deyil, hər bir fərdin və ya situasiyanın unikal ehtiyacları ilə işləyirik.

Sağlam münasibətlər və həyat hədəflərinizə aparan yolda etibarlı bələdçiniz.

Rəqəmlər

xidmət formatı
4 xidmət formatı
ən aşağı qiymət
1 ₼ ən aşağı qiymət
təcili xidmətlərdə başlanğıc
Dərhal təcili xidmətlərdə başlanğıc
pulsuz dövlət xətləri
103 · 112 pulsuz dövlət xətləri

Hansı paket nəyi əhatə edir?

Aşağıdakı cədvəl hər paketin nəyi ehtiva etdiyini və paketə daxil olmayan xidmətin ayrıca neçəyə başa gəldiyini göstərir. Gizli maddə yoxdur — hamısı burada.

Başlanğıc

5 ₼

birdəfəlik ödəniş

Standart

10 ₼

birdəfəlik ödəniş

Komfort

20 ₼

birdəfəlik ödəniş

Premium

30 ₼

birdəfəlik ödəniş

VIP

50 ₼

birdəfəlik ödəniş

Paketlərin xidmət əhatəsi cədvəli

Xidmət Ayrıca qiymət Başlanğıc Standart Komfort Premium VIP
Standart Məktub 48 saat ərzində cavab 1 ₼ 3 Standart məktub 3 Standart məktub 5 Standart məktub Paketə daxil deyil Paketə daxil deyil
Təcili Məktub Növbədə öndə — ilk növbədə cavablandırılır 2 ₼ 1 Təcili məktub 1 Təcili məktub 2 Təcili məktub 2 Təcili məktub 2 Təcili məktub
Təcili Çat Vaxt ödənişdən sonra avtomatik təyin olunur 4 ₼ Paketə daxil deyil 1 Təcili çat (20 dəq) 1 Təcili çat (20 dəq) 2 Təcili çat (hər biri 20 dəq) 2 Təcili çat (hər biri 20 dəq)
Planlı Çat Seçdiyiniz vaxtda 3 ₼ 1 Planlı çat (20 dəq) 1 Planlı çat (20 dəq) 2 Planlı çat (20 dəq) 2 Planlı çat (hər biri 40 dəq) 2 Planlı çat (hər biri 40 dəq)
Təcili Telefon Zəngi Vaxt ödənişdən sonra avtomatik təyin olunur 5 ₼ Paketə daxil deyil Paketə daxil deyil 1 Təcili zəng (15 dəq) 1 Təcili zəng (15 dəq) 3 Təcili zəng (hər biri 15 dəq)
Planlı Telefon Zəngi Seçdiyiniz saatda sizə zəng edilir 3 ₼ Paketə daxil deyil Paketə daxil deyil 1 Planlı zəng (15 dəq) 1 Planlı zəng (15 dəq) 2 Planlı zəng (hər biri 20 dəq)
Görüntülü Təcili və ya planlı — seçim sizdədir 15 ₼-dən Paketə daxil deyil Paketə daxil deyil Paketə daxil deyil 1 Görüntülü danışıq (20 dəq) Paketə daxil deyil
Təcili Görüntülü Görüş Vaxt ödənişdən sonra avtomatik təyin olunur 20 ₼ Paketə daxil deyil Paketə daxil deyil Paketə daxil deyil Paketə daxil deyil 1 Təcili Görüntülü danışıq ( 20 dəq)
Planlı Görüntülü Görüş Seçdiyiniz saatda, uzun sessiya 15 ₼ Paketə daxil deyil Paketə daxil deyil Paketə daxil deyil Paketə daxil deyil 2 planlı görüntülü danışıq 20 dəq

«—» nə deməkdir? O xidmət həmin paketə daxil deyil — amma bağlı deyil. Yan sütundakı qiymətlə birdəfəlik ala bilərsiniz. Paket yalnız daxil olan xidmətləri ucuzlaşdırır.

Paketin müddəti: paket birdəfəlik ödənilir və avtomatik yenilənmir. Müddəti 1 aydır; Qapalı Üzvlər Klubunun üzvləri üçün — xidmətlər bitənə qədər. Kart məlumatı saxlanılmır.

Niyə ödənişlidir?

Çünki qarşı tərəfdə könüllü deyil, vaxtına görə ödəniş alan bir mütəxəssis oturur. Qiyməti aşağı saxlaya bilməyimizin səbəbi: ofis yoxdur, aralıqda vasitəçi yoxdur.

Ödəniş hara gedir

  • Psixoloqun vaxtı Ən böyük hissə. Növbə tutmaq işdir və ödənilir.
  • Növbə örtüyü Gecə saatlarında kimsə onlayn olmalıdır — bu plan tələb edir.
  • Təhlükəsiz infrastruktur Ödəniş şlüzü, şifrələnmiş bağlantı və məktub arxivinin saxlanması.

Ödəniş hara getmir

  • Reklam hədəfləməsi Məlumatınız satılmır, üçüncü tərəflə paylaşılmır.
  • Abunə tələsi Avtomatik yenilənmə yoxdur; birdəfəlik ödəyib bitirirsiniz.
  • Söhbəti uzatma Psixoloq danışığı uzatdığına görə əlavə pul almır.

Ödəniş imkanınız yoxdursa, dövlət və qeyri-hökumət xətlərinin siyahısını suallar səhifəsində pulsuz paylaşırıq.

İş yalnız ekranda deyil.

Maarifləndirmə tədbirləri, simpoziumlar və valideyn görüşləri — saytdan kənarda görülən iş.

Yazmaq istəyirsinizsə buradayıq.

Xidmətlər 1 ₼-dən başlayır. Sənəd və FİN istəmirik.