Məxfilik
Qısa versiya: ad və telefon nömrəsi alırıq, sənəd və FİN istəmirik, aldığımızı satmırıq. Çat və zənglərin qeydi tutulmur; məktub arxivini isə siz silirsiniz.
Hansı məlumatı alırıq?
Alırıq
- Ad Hesab üçün məcburidir — psixoloq sizə necə müraciət edəcəyini bilməlidir. Sənədlə yoxlamırıq.
- Telefon nömrəsi və e-poçt Hər ikisi hesab üçün məcburidir. Cavab iki qoldan gəlir: saytdakı kabinet və WhatsApp — nömrəsiz ikinci qol işləmir.
- Məktub mətni Yalnız məktub xidmətində — psixoloqun cavab verə bilməsi üçün. Çat və zənglər WhatsApp-da gedir; onların məzmunu bizə düşmür.
- Ödəniş qeydi Məbləğ və tarix. Kart nömrəsi DEYİL.
Almırıq
- Şəxsiyyət sənədi Nə tələb edirik, nə saxlayırıq.
- Kart məlumatı Ödəniş provayderi üzərindən keçir; nömrə bizim serverlərimizə düşmür.
- Yerləşmə izləmə Coğrafi izləmə aparmırıq.
- Reklam identifikatoru Üçüncü tərəf reklam izləyicisi işlətmirik.
- Zəng və söhbət qeydi Səs yazılmır, görüntü yazılmır, yazışma saxlanılmır. Çat, səsli söhbət, telefon zəngi və görüntülü görüş WhatsApp üzərindən gedir.
Nə qədər saxlanılır?
Məktub arxivi sizindir — silmək üçün icazə istəmək lazım deyil. Çat, səsli və görüntülü görüşlərin qeydi isə ümumiyyətlə tutulmur.
Bu səhifə saytın faktiki davranışını sadə dildə izah edir və hüquqi sənəd deyil. Rəsmi məxfilik siyasəti və istifadə şərtləri xidmət rəsmi fəaliyyətə başlayanda hüquqşünas tərəfindən hazırlanıb burada dərc olunacaq.
- Məktub yazışması Siz silənə qədər kabinetdə qalır. Silmə dərhal işləyir.
- Əlaqə ünvanı Hesab aktiv olduğu müddətdə saxlanılır.
- Ödəniş qeydi Mühasibat tələbi səbəbindən saxlanılır; söhbət məzmunu ilə əlaqələndirilmir.
- Texniki jurnal Qısa müddət — xəta araşdırması üçün, sonra silinir.
- Çat, səsli və görüntülü görüş Saxlanılmır — qeyd ümumiyyətlə tutulmur. Kabinetdə yalnız sifarişin özü görünür.