Caspian Tədris Mərkəzi | Şəxsi İnkişaf və Keyfiyyətli Təhsil Məkanı
2013-cü ildən etibarən fəaliyyətə başlayan “Caspian Tədris Mərkəzi” təhsil və tədris sahəsində ən son standartlara uyğun fəaliyyət göstərən, bütün yaş qrupları üzrə hazırlıqları özündə birləşdirən kompleks təhsil müəssisəsidir. Təlim-tədris prosesi təcrübəli müəllimlər, ixtisaslı təlimçilər və peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir.
Mərkəzimizdə dərslərin tam keyfiyyətlə keçirilməsi üçün hər bir detal düşünülmüşdür. Bütün dərs otaqları kamera sistemi və qrup dərsləri üçün proyektorlarla təchiz olunmuşdur. Bununla yanaşı, tələbələrimizin emosional rifahını qorumaq, stressin öhdəsindən gəlmələrinə kömək etmək və şəxsi inkişaflarını dəstəkləmək üçün mərkəzimizdə psixologiya və həkim xidmətləri, istirahət və etüd (dərs çalışma) otaqları, kitabxana, bufet və sürətli internet şəraiti yaradılmışdır.
Əlverişli ünvanlarda yerləşən 4 filialımızdan özünüzə ən yakın olanı seçib öyrənmə səyahətinizə başlaya bilərsiniz. Yaxın gələcəkdə gəliş-gedişinizi daha da rahatlaşdırmaq üçün servis xidmətimiz də istifadəyə veriləcəkdir.
Peşəkar Psixoloji Dəstək və Fərdi İnkişaf Sistemi
Mərkəzimizdə şagirdlərin akademik uğuru ilə yanaşı, psixoloji dayanıqlığı və emosional inkişafı da daimi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə peşəkar psixoloqumuz tərəfindən kompleks inkişaf sistemi tətbiq olunur:
- Fərdi İnkişaf Dinamikası
- Hər bir şagird üçün şəxsi iş açılır, onun fərdi inkişaf planı hazırlanır və tədris ili ərzində psixoloq tərəfindən müvafiq müşahidə qeydləri aparılır.
- Fəal Müşahidə və İnkişaf Tədbirləri
- Şagirdlər tədris ili boyunca fəal müşahidədə saxlanılır, onların potensialını maksimuma çıxaran və fərdi ehtiyaclarına uyğun inkişaf tədbirləri müəyyənləşdirilir.
- Valideynlə İntensiv Əlaqə
- Şagirdin psixoloji və akademik gedişatı haqqında valideynə dolğun məlumat verilir, faydalı və intensiv əks-əlaqə mexanizmi qurulur.
- Təlimlər, Seminarlar və Görüşlər
- İmtahan heyəcanının idarə olunması, özünəinam, vaxtın düzgün bölünməsi və şəxsi inkişaf mövzularında mütəmadi olaraq interaktiv psixoloji təlimlər, maarifləndirici seminarlar və fərdi/qrup görüşləri təşkil edilir.